Əraqçi: ABŞ öhdəliklərini yerinə yetirsə Tehran Hörmüz boğazını açmağa hazırdır

Əraqçi: ABŞ öhdəliklərini yerinə yetirsə Tehran Hörmüz boğazını açmağa hazırdır

"ABŞ ilk gün öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə, Tehran ikinci gün Hörmüz boğazını açmağa hazırdır”.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O qeyd edib ki, iki günlük plan hələ də qüvvədədir və Vaşinqton razılaşma əldə etməkdə ciddidirsə, bu plan razılıq üçün lazımi şərait yarada bilər.

Əraqçinin sözlərinə görə, İran ABŞ-dan irəli sürdüyü təklifə cavab almayıb. O bildirib ki, Vaşinqton həqiqi razılaşma əldə etmək istəyirsə, mövqeyini dəyişməli olacaq.

Nazir onu da əlavə edib ki, Hörmüz boğazının açılması üçün İranın irəli sürdüyü 7 şərt yerinə yetirilməlidir. Onun sözlərinə görə, ABŞ-ın bu şərtlərin icrası ilə bağlı təklifləri olsa, Tehran dialoqa hazırdır.

///apa.az