Masallıda 5 kiloqramdan artıq narkotik aşkarlanıb

Masallıda 5 kiloqramdan artıq narkotik aşkarlanıb

Masallıda polis narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. 
Fakt.info xəbər verir ki, əməliyyat zamanı saxlanılan M.Zöhrabzadədən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.