DataLife Engine / Çeçenistanda yanacaqdoldurma məntəqəsində partlayış olub, ölənlər var

Çeçenistanda yanacaqdoldurma məntəqəsində partlayış olub, ölənlər var

Rusiyanın Çeçenistan Respublikasının Naurski rayonunun Novoterskoye kəndində yanacaqdoldurma məntəqəsində partlayış olub.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Yanacaq çəninin partlaması nəticəsində 3 nəfər həlak olub.

Faktla bağlı cinayət işi açılıb.
 
///report
14-04-2025, 22:31
Вернуться назад