Çeçenistanda yanacaqdoldurma məntəqəsində partlayış olub, ölənlər var
Rusiyanın Çeçenistan Respublikasının Naurski rayonunun Novoterskoye kəndində yanacaqdoldurma məntəqəsində partlayış olub.
Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Yanacaq çəninin partlaması nəticəsində 3 nəfər həlak olub.
Faktla bağlı cinayət işi açılıb.
///report