Koreya Respublikası sülh yolu ilə birləşməyə çalışmalıdır, Cənubi və Şimali Koreyalar öz milli kimliklərini qoruyub saxlasalar, "yüz illər keçsə də birləşə bilərlər”.
Bunu Koreya Respublikasının Prezidenti Li Jae-Myunq bildirib.
O bildirib ki, Koreya Respublikasının konstitusiyasında da sülh yolu ilə birləşməyə vurğu var. Onun sözlərinə görə Şimali Koreyanı "udmaq” cəhdi böyük itkilərə səbəb ola bilər.
"Mümkün olduqda, bir-birimizin varlığını etiraf etməli və qarşılıqlı faydalı bir yol tutmalıyıq" - deyə Prezident vurğulayıb.
/Apa