Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birləşməyin yolunu açıqlayıb
Koreya Respublikası sülh yolu ilə birləşməyə çalışmalıdır, Cənubi və Şimali Koreyalar öz milli kimliklərini qoruyub saxlasalar, "yüz illər keçsə də birləşə bilərlər”.
Bunu Koreya Respublikasının Prezidenti Li Jae-Myunq bildirib.
O bildirib ki, Koreya Respublikasının konstitusiyasında da sülh yolu ilə birləşməyə vurğu var. Onun sözlərinə görə Şimali Koreyanı "udmaq” cəhdi böyük itkilərə səbəb ola bilər.
"Mümkün olduqda, bir-birimizin varlığını etiraf etməli və qarşılıqlı faydalı bir yol tutmalıyıq" - deyə Prezident vurğulayıb.
/Apa