Son dövrlərdə Cəmiyyətin fəaliyyət dairəsi genişlənərək böyük şəhərlərdə nümayəndəliklərin yaradılması istiqamətində mühüm addımlar atılıb.
Bu istiqamətdə ilk nümayəndəlik Ərkivan qəsəbə sakinlərinin sayca üstünlük təşkil etdiyi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaradılıb.
Sankt-Peterburq və Leninqrad vilayəti azərbaycanlılarının Milli-Mədəni Muxtariyyət Cəmiyyətinin Ağsaqqallar Şurasının sədri, texnika elmləri doktoru, professor Qasıməli Qasımovun iştirakı ilə keçirilən toplantıda 50-dən çox ərkivanlının iştirakı təmin olunub. Görüş zamanı Ərkivan Xeyriyyə Cəmiyyətinin Sankt-Peterburq şəhəri üzrə nümayəndəliyinin yaradılması barədə qərar qəbul edilib.
Yığıncağın yekununda Ələkbər Məmmədov Cəmiyyətin Sankt-Peterburq şəhəri üzrə sədri, Pərviz Vahabov isə sədr müavini seçilib.
Yeni yaradılan nümayəndəlik tərəfindən hər ay Ərkivan Xeyriyyə Cəmiyyətinə 2000 manat ianə etmək nəzərdə tutulub.

