Ərkivan Xeyriyyə Cəmiyyətinin Sankt-Peterburq nümayəndəliyi yaradıldı - VİDEO/FOTO
Ərkivan Xeyriyyə Cəmiyyəti Masallı rayonunun Ərkivan qəsəbəsində həyata keçirdiyi sosialyönümlü xeyriyyə fəaliyyətlərini təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə yaşayan ərkivanlı xeyriyyəçilərin ianələri hesabına davam etdirir.
Son dövrlərdə Cəmiyyətin fəaliyyət dairəsi genişlənərək böyük şəhərlərdə nümayəndəliklərin yaradılması istiqamətində mühüm addımlar atılıb.
Bu istiqamətdə ilk nümayəndəlik Ərkivan qəsəbə sakinlərinin sayca üstünlük təşkil etdiyi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaradılıb.
Sankt-Peterburq və Leninqrad vilayəti azərbaycanlılarının Milli-Mədəni Muxtariyyət Cəmiyyətinin Ağsaqqallar Şurasının sədri, texnika elmləri doktoru, professor Qasıməli Qasımovun iştirakı ilə keçirilən toplantıda 50-dən çox ərkivanlının iştirakı təmin olunub. Görüş zamanı Ərkivan Xeyriyyə Cəmiyyətinin Sankt-Peterburq şəhəri üzrə nümayəndəliyinin yaradılması barədə qərar qəbul edilib.
Yığıncağın yekununda Ələkbər Məmmədov Cəmiyyətin Sankt-Peterburq şəhəri üzrə sədri, Pərviz Vahabov isə sədr müavini seçilib.
Yeni yaradılan nümayəndəlik tərəfindən hər ay Ərkivan Xeyriyyə Cəmiyyətinə 2000 manat ianə etmək nəzərdə tutulub.