DataLife Engine / Ələt-Astara magistralında ağır qəza baş verdi: ölənlər var

Ələt-Astara magistralında ağır qəza baş verdi: ölənlər var

Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fakt.info apa-ya istinadən xəbər verir ki, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Qazel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə 2 nəfər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
Bu gün, 08:13
Вернуться назад