Ələt-Astara magistralında ağır qəza baş verdi: ölənlər var
Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fakt.info apa-ya istinadən xəbər verir ki, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Qazel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Nəticədə 2 nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.