Astarada kişi meyiti tapılıb - FOTOLAR
Astarada çayda 74 yaşlı kişinin meyiti tapılıb.
Fakt.az-ın verdiyi xəbərə görə bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisində Pensərçayda kişi meyiti tapılıb. Məlum olub ki, tapılan meyit bu ayın 14 - dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əsəd oğlu Əliyarovdur. A.Əliyarov balıqçı olub, ayın 14 də Pensərçayın üzərində tikilən körpünün altında balıq tutmaq üçün qırmaq atıb. Bu zaman onun ayağı sürüşüb və suya düşüb. Çayda suyun olması onun ölümünə səbəb olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.