Astarada 47 yaşlı kişini yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb - FOTO

Astarada 47 yaşlı kişini yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb - FOTO

Astarada kənd sakinini elektrik cərəyanı vurub.

Fakt.az-ın verdiyi xəbərə görə hadisə günorta saatlarında Astara rayonunun Kijəbə kəndi ərazisində baş verib. Belə ki, Astara rayonunun Kijəbə kənd sakini 1977-ci il təvəllüdlü  Maarif Akif oğlu Ramazanov Lovain su anbarında balıq tutmaq üçün qırmaq atıb. Onun atdığı qırmaq ərazidən keçən yüksək gərginlikli elektrik xəttlərinə toxunub və o, cərəyanvurmadan hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.