Vəfa Cəlilova da saxta diplomla işləyir? – İDDİA – AÇIQLAMA

Vəfa Cəlilova da saxta diplomla işləyir? – İDDİA – AÇIQLAMA

Məşhur dermatoloq Vəfa Cəlilova jurnalist Qənirə Ataşovanın saxta həkim siyahısına düşənlərdən biri olub.

Fakt.info Milli.Az-a istinadən xəbər verir ki, jurnalist iddia edir ki, kosmetoloq Vəfa Heidelberg universitetini bitirməyib. O qeyd edir ki əgər bitiribsə diplom hanı?
Jurnalist onu da bildirir ki, Azərbaycan Respublikasında tibb və əczaçılıq sahəsi ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində Cəlilova Vəfa İnqilab qızı qeydə alınmayıb.

“Yəni, bu adda hər hansı bir şəxs haqqında heç bir məlumat mövcud deyil. Bu o deməkdir ki, əgər sizin Almaniyanın Heidelberg Universitetindən diplomunuzun varsa, həmin diplomu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təsdiq üçün verməli idiz”.
Jurnalist qeyd edib ki, məsələ ilə bağlı sözügedən universitetə rəsmi məktub göndərib.
İddiaya cavab olaraq Dr. Vəfa xanım bildirib ki, o, lisenziyalı klinika sahibi və yüksək vergi ödəyicisidir.
Həkim həmçinin bu iddianı şantaj adlandıraraq nüfuzuna xələl gətirmək istəyən insanların oynadığı oyun olduğunu deyib:
“Biz rəsmi qurumların müraciətinə cavab verməyə, sənəd və sübutlarımızla birgə hər zaman hazırıq” – deyə əlavə edib.