Bakıda itkin düşən gəncin meyiti bulvarda tapıldı
Bakıda itkin düşən oğlanın cəsədi tapılıb.
Fakt.info Oxu.az-a istinadən xəbər verir ki, 22 yaşlı Fərid Məmmədovun meyiti Dənizkənarı Milli Parkda dənizdən tapılıb.
Onun üzərində zorakılıq əlamətləri olmayıb. Polis əməkdaşları tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Fərid Məmmədov aprelin 1-də işdən çıxıb evə qayıtmayıb.