Ağstafada "Hyundai" qəza etdi - Xəsarət alanlar var
Ağstafada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Fakt.infi "Unikal"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb. Qəza zamanı 1948-ci il təvəllüldü O.Quşçuyev, 2004-cü il təvəllüdlü S.Quşçuyeva və 2020-ci il təvəllüdlü M.Quşçuyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.