10 nömrəli avtobusun hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək
Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.
Fakt.info xəbər verir ki, avtobusların hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.