İsrail ordusunun Livana endirdiyi zərbələr nəticəsində azı 7 nəfər ölüb
İsrail Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatları ilə Livanın cənubuna endirdiyi zərbələr nəticəsində azı 7 nəfər həlak olub.
Bu barədə "Lebanon 24” xəbər portalı məlumat yayıb
Qeyd olunub ki, zərbələrin çoxu Nəbatiyyə şəhərinin kənarında və "Hizbullah” bazalarının yerləşdiyi İqlim əl-Tuffah dağlıq bölgəsinə endirilib. Bir Livan əsgəri daxil olmaqla bir neçə nəfər yaralanıb.
///report