İsrailin hücumları nəticəsində Qəzzada 29 nəfər həlak olub

İsrailin hücumları nəticəsində Qəzzada 29 nəfər həlak olub

İsrail Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində azı 29 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Qəzzanın hər yerində köçkünlərin olduğu çadır düşərgələrinə zərbələr endirir.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən bu günə qədər İsrailin hücumları nəticəsində Qəzza zolağında gedən döyüşlərdə 51 mindən çox fələstinli həlak olub, 117 minə yaxın insan isə yaralanıb.