İntihara cəhd edən qazinin son durumu açıqlandı
24.05.2025-ci il tarixində saat 18:20 radələrində 2001-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 
Bu barədə  TƏBİB-dən bildirilib. 
Qeyd edilib ki, dərman zəhərlənməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. 
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.