Gəncədə qadın küçə itlərinin hücumuna məruz qalıb

Gəncədə qadın küçə itlərinin hücumuna məruz qalıb

Gəncə şəhərində küçə itləri qadına xəsarət yetirib.
Bu barədə “Report”un Qərb bürosu xəbər verir.
Gəncə şəhər ərazisində Goranboy rayon sakini 1977-ci il təvəllüdlü P.Əliyeva bir neçə küçə itinin hücumuna məruz qalıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.