Lerikin 101 kəndi nə vaxt qazlaşdırılacaq
Lerik rayonunun 162 yaşayış məntəqəsindən yalnız 61-i qazlaşdırılıb. Qalan 101 kənd isə hələ də təbii qazla təmin olunmayıb.
Sakinlər problemlə bağlı dəfələrlə “Azəriqaz”a müraciət etdiklərini bildiriblər.
Modern.аz xəbər verir ki, məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, qazlaşdırma tədbirləri maliyyə imkanları daxilində mərhələli şəkildə həyata keçirilir.
Qurumdan qeyd olunub ki, 2021-ci ildən etibarən aparılan qazlaşdırma zamanı yalnız daşıyıcı və paylayıcı küçə qaz xətləri çəkilir.
Bununla belə, Lerikin qazsız qalan 101 kəndinin nə vaxt qazlaşdırılacağı ilə bağlı dəqiq tarix açıqlanmayıb.