Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək

Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək

Avropa İttifaqı Rusiyaya qarşı tətbiq edilən sanksiyaları sərtləşdirməyə davam edəcək.

Fakt.info APA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Vaşinqtona səfəri ərəfəsində bəyan edib.

Nazirin sözlərinə görə, Rusiyanın Ukrayna ilə bağlı ciddi danışıqlara başlaması üçün təzyiq davam etdirilməlidir.