Beynəlxalq Qalereyada sərgi-tədbir keçirildi

Beynəlxalq Qalereyada sərgi-tədbir keçirildi

28 May - Müstəqillik Günü və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Beynəlxalq Qalereyada sərgi-tədbir keçirildi.

Layihə rəhbəri Aygün Əzizovanın olduğu sərgidə bir qrup qazi övladı daxil olmaqla otuz nəfər rəssam iştirak edirdi. Azərbaycan Dövlət Pedeqoji Universitetinin müəllimi, rəssam Səmayə Rzayeva, tanınmış rəssam Firdovsi Hacıyev də iştirak edirdi.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova Müstəqillik Günü və Uşaqlar Günü münasibətilə iştirakçıları təbrik edib, tədbir barədə məlumat verdi.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında  44 günlük müharibə və  antiterror əməliyyatı zamanı  cənab prezidentin ali baş komandanlığı altında və şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızın azad olmasından danışdı. Gənclərimizə müqəddəs azərbaycan torpaqları uğrunda aparılan mübarizədən söz açdı. İştirakçılara can sağlığı, peşələrində uğurlar arzuladı. 
Sonda iştirakçılara diplomlar təltif olundu, həmçinin Beynəlxalq Qalereyanın fəaliyyətinin işıqlandırılmasında dəstək olan gənc bloggerlərə xüsusi mükafatlar təqdim olundu.
Müxbir: Aygün Oqtay 
Fotoqraf: Camal