2-ci sinif şagirdinin ilk fərdi yaradıcılıq sərgisi keçirildi - FOTO

2-ci sinif şagirdinin ilk fərdi yaradıcılıq sərgisi keçirildi - FOTO

228 nömrəli məktəbin 2-ci sinif şagirdi İbrahimova Şəhrizad Müşfiq qızının layihə rəhbəri Aygün Əzizovanın olduğu "Mənim Rəngli Dünyam" adlı ilk fərdi yaradıcılıq sərgisi keçirildi.

Fakt.info xəbər verir ki, sərgidə balaca rəssamın 25 rəsm əsəri nümayiş olunurdu. 
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova müxtəlif yaş qruplarında olan rəssamların sərgilərinin təşkil olunması, onların tanıdılması, cəmiyyətə təqdim olunması , istedadların kiçik yaşdan kəşf olunması üçün mühüm əhəmiyyət kəsb edir. Şəhrizadda olan sənət qığılcımları onun böyüdükcə gözəl  rəssam olacağının göstəricisidir.  

Beynəlxalq Qalereya adından rəssama  ilk fərdi yaradıcılıq sərgisi üçün diplom təqdim olundu.
Sərgidə Fəxri Qonaq olaraq iştirak edən ADİU-nun dossenti , filologiya üzrə fəlsəfə doktoru, Zaqafqaziya üzrə sülh səfiri, YAP, AYB, AQRC-nin üzvü  Prezident təqaüdçüsü Nailə Yusifqızı, mühəndis Pərvin İbrahimova, bədii qiraətçi Əlizamin Abdullayev, yazıçı, şair Tehran Əkbər, yazıçı, şair  Abuşov Rəsul, rəssam Nihat Əliyev Şəhrizada gələcək həyatında uğurlar arzulayıb, daha da sənətin sirlərini yaxından öyrənib ali təhsil  alıb mükəmməl rəssam olacağına inandıqlarını bildirib hədiyyələr təqdim etdilər, Şəhrizadın anası Gülnar İbrahimova, qardaşı Rəsul İbrahimov,  nənəsi Çimnaz Teymurxanova,  Beynəlxalq Qalereyanın  əməkdaşlarına və gələn fəxri qonaqlara təşəkkür etdilər . Sonra  xüsusi rəssam tortu kəsildi,  çay süfrəsi təşkil olundu. Sonda  xatirə fotoları çəkildi.
Müxbir: Aygün Oqtay 
Fotoqraf: Camal