Amerikada yaşayan alim Masallıdan olan gənc rəssamların əsərlərini alıb
ABŞ-də yaşayan tanınmış türkoloq alim, araşdırmaçı Tariyel Azərtürk Masallıdan olan üç rəssamın əsərini alıb.
Bu barədə Fakt.info-ya Masallı Onbirillik İncəsənət Məktəbinin Rəssamlıq şöbəsinin müəllimi rəssam Ehtiram Məmmədov məlumat verib.
Rəssam bildirir ki, Tariyel Azərtürk ilə sosia şəbəkə vasitəsilə dostluğu yaranıb. "Sosial şəbəkə hesabımda şagirdlərimlə olan dərs prosesini, onların əl işlərini mütamadi paylaşıram. Tariyel müəllim də hər zaman paylaşımlara müsbət rəy bildirərək çalışdığım məktəbi "Masallı Rəssamlıq Akademiyası" adlandırır."
Ehtiram Məmmədov bildirir ki, Tariyel müəllim bu yaxınlarda üç şagirdimin rəsm əsərini 600 dollara alaraq, məktəbimizə hədiyyə edib. O, bundan əlavə şagirdlər üçün 100 dollar civarında boya, kağız və digər vacib ləvazimatlar hədiyyə edib.