"İncəsənət Sərhəd Tanımır" adlı sərgi-tədbir təşkil olunub

"İncəsənət Sərhəd Tanımır" adlı sərgi-tədbir təşkil olunub

Beynəlxalq Qalereya və Evento Qrup Fesilitanın birgə təşkilatçılığı ilə Azərbaycan və Hindistan mədəniyyətinə həsr olunmuş "İncəsənət Sərhəd Tanımır" adlı silsilə xarakterli rəsmi və bədii hissədən ibarət olan sərgi-tədbir təşkil olunub.

Sərgidə müxtəlif yaş qrupundan olan 200 rəssam 200 fərqli texnikalarda əsərləri ilə iştirak edirdi. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları salamlayıb: "Azərbaycanla qədim mədəni və mənəvi yaxınlığa malik olan ölkələrdən biri də Hindistan olmuşdur.
Çox zəngin və mədəni rəngarəngliyə malik bu ölkə ilə Azərbaycan arasında mədəni yaxınlaşma və əlaqələrin tarixinin qədim kökləri tunc dövründən başlayır.
Qədim Hindistan incəsənəti özünün ənənəviliyini, duyulma qabiliyyətli xüsusiyyətləri və simvolikliyi ilə səciyyələnir. Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi-mədəni irsə malikdir.
Azərbaycanın qədim milli-mənəvi dəyərləri, təbiətinin füsunkarlığı sanki musiqiyə, sənət əsərlərinə hopub. Azərbaycan incəsənəti təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Qədim milli-mənəvi dəyərləri, ənənələrini özündə yaşadan Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların qovşağı kimi tanınır.
Hər iki ölkə həm keçmişdən, həm də indiki dövrdən təsirlənən zəngin və müxtəlif mədəniyyətlərə malikdir.
Hindistanın Azərbaycandakı nümayəndəliyi ilə birgə təşkil olunan bugünkü sərgi-tədbir də hər iki ölkə arasında əlaqələrin inkişafına və incəsənətə bir tövfə olacağına inanırıq.
Elnurə xanım sözü sərginin Hindistan tərəfdən təşkilatçısı Evento Qrup Fesilitanın direktoru Srujana Çandraya verdi.  Srujana Çandraya bildirdi ki, Beynəlxalq Qalereya ilə dəfələrlə uğurla layihələrə imza atıblar. Və bu layihələrin davamlı olacağına inandığını bildirdi. 

 Sərginin layihə rəhbəri Aygün Əzizova  tədbir iştirakçılarını ürəkdən salamlayaraq aşağıdakıları qeyd etdi: 
"Bugünkü sərgimiz "İncəsənət sərhəd tanımır" silsiləsindən Hindistan - Azərbaycan incəsənətinə həsr olunub.
Beynəlxalq Qalereya olaraq hər zaman məqsədimiz beynəlxalq əlaqələrin inkişafı, incənətin təbliğidir.
Bugünkü sərgidə də müxtəlif yaş qruplarından 200 rəssam 200 əsəri ilə iştirak edir.
Əsərlərin hər biri Hindistan və Azərbaycan incəsənətinin
Keçmişdən bu günümüzə qədərki inkişaf tarixini əks etdirir.
Bu möhtəşəm gündə hər birinizə uğurlar arzu edirəm."

Sərgidə rəsmi qonaq olan Hindistanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfirinin müavini Mr. Srinivas Rao Javvadi bütün iştirakçıları salamlayıb aşağıdakıları qeyd etdi: 
"Hindistana və Azərbaycana öz sevgilərini nümayiş etdirmiş gənc və istedadlı rəssamlar arasında olmaq mənim üçün çox xoşdur.
 Bu sənət əsərləri vasitəsilə gənc istedadlar hər iki ölkənin mədəniyyət və dəyərlərini birləşdirdi.
 Qız qalasının və Hindistan qapısının təsviri hər iki ölkəmizi birləşdirən oxşarlığı simvollaşdırır.
 Gənc rəssamlara uğurlar arzulayıram.  Sənətləri ilə hər iki xalqa sülh və firavanlıq gətirsinlər.
Sərgi-tədbirdə eyni zamanda Hindistan səfirliyinin 
digər əməkdaşları Mrs. Usha Javvadi, Mr. Raj Kumar Gupta, Mrs. Mamta Gupta
və digər nümayəndələr iştirak edirdi. 
Sərgidə eyni zamanda çoxsaylı media nümayəndələri iştirak edirdi. 
Sərginin bədii hissəsi Azərbaycan və Hind musiqiləri, əsrarəngiz  rəqsləri ilə davam etdi. 
Sonda sərgi iştirakçıları  serfikatlarla təltif olundular və xatirə fotoları çəkildi.
Müxbir: Aygün Oqtay 
Video operator: Çingiz Abdullayev 
Fotoqraf: Camal