Ərkivanda Qurban bayramı aksiyası keçirildi – VİDEO/FOTOLAR
Qurban bayramı ilə əlaqədar Masallı rayonunun Ərkivan qəsəbəsində xeyriyyə aksiyası keçirilib.
Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkil etdiyi aksiya “Göllü Mərasim evi”ndə baş tutub.
Aksiyada iştirak edən qəsəbə ziyalıları, ictimaiyyət nümayəndələri müqəddəs bayram münasibətilə təbriklər söyləyərək, yardım aksiyasına dəstək verənlərə öz minnətdarlıqlarını bildiriblər.
Sonra hər birinin dəyəri 60 manat olan 117 ədəd sovqat bağlaması xeyriyyə cəmiyyətinin könüllüləri tərəfindən qəsəbədə yaşayan aztəminatlı ailələrə çatdırılıb.
DİQQƏT! Ərkivan Xeyriyyə Cəmiyyəti etik səbəblərdən və reklam məqsədli olmadığı üçün bayram sovqatı aparılan ailələrin kimliyini məxfi saxlayaraq onların FOTO və VİDEO görüntülərini yayımlamır!
Qurban bayramınız mübarək olsun!