Hikmət Məmmədovdan Qurban bayramı sovqatı

Hikmət Məmmədovdan Qurban bayramı sovqatı

Rusiya Federasiyasında yaşayıb fəaliyyət göstərən xeyriyyəçi iş adamı Hikmət Məmmədovun maddi dəstəyi ilə Masallı rayonun Ərkivan qəsəbəsində 50 aztəminatlı ailəyə hər birinin dəyəri 100 manat olan bayram sovqatı, 25 ailəyə isə 2 kq qurban əti verilib. 

Fakt.info xəbər verir ki, bayram sovqatları Ərkivan Xeyriyyə Cəmiyyətinin könüllüləri tərəfindən aztəminatlı ailələrə çatdırılıb.
Qurban bayramınız mübarək olsun!