Bayram günlərində 800-ə yaxın şəxs xəstəxanalıq olub

Bayram günlərində 800-ə yaxın şəxs xəstəxanalıq olub

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.
Fakt.info xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bayram günlərində 103 Çağrı mərkəzinə Bakı şəhəri üzrə 7 872 çağırış daxil olub. Ən çox çağırış (2035) 8 iyun tarixində qeydə alınıb. 797 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunub. Digərlərinə çağırış ünvanında ilkin tibbi yardım göstərilib.

Müraciət səbəbləri, əsasən, arterial təzyiq, kardioloji problemlər, halsızlıq, müxtəlif növ travmalar və s. ilə bağlı olub.