Bərdədə 50 yaşlı qadın binadan yıxıldı
Bərdə rayonunda 50 yaşlı qadın binadan yıxılıb.
Fakt.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun keçmiş məcburi köçkünlər məskunlaşan qəsəbəsində baş verib.
1975-ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı binanın 3-cü mərtəbəsindəki evin eyvanında paltar asarkən yıxılıb.
Qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.