Çin Afrika ölkələrindən idxal edilən bütün məhsullara qarşı rüsumları ləğv edəcək

Çin Afrika ölkələrindən idxal edilən bütün məhsullara qarşı rüsumları ləğv edəcək

Çin Pekinlə diplomatik əlaqələri olan 53 Afrika ölkəsindən (Tayvanla diplomatik əlaqələri saxlayan Esvatinidən başqa) idxal edilən malların 100%-nə sıfır rüsum tətbiq etməyə razılaşıb.

Məlumata görə, bu razılaşma iyunun 11-də Çinin Çanşa şəhərində keçirilən forumda xarici işlər nazirləri tərəfindən imzalanan Çin-Afrika Həmrəylik Bəyannaməsində əksini tapıb.

Həmçinin bildirilir ki, Çinin 2024-cü ildə Afrika ilə ticarəti keçən illə müqayisədə 6%-dən çox artaraq 288 milyard dollar olub. Bununla belə, Çinin ümumi ticarətində Afrikanın payı cəmi 4,7%-i təşkil edir.
 
/Oxu.Az