"Azərbaycan Dövlətçiliyinin xilas günü" - Masallıda konfrans keçirildi
Masallı Dövlət Regional Kollecinin və Masallı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində 15 iyin Milli Qurtuluş Günü "Azərbaycan Dövlətçiliyinin xilas günü" adlı konfrans keçirilib.
Fakt.info xəbər verir ki, konfransda Masallı Dövlət Regional Kollecinin, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin, Lənkəran Dövlət Universitetinin, ADPU-nin Cəlilabad rayon filialının və Astara Pedaqoji Kollecinin kollektivi iştirak edib.
Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri yad edildi və Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Konfransı Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov giriş sözü ilə açaraq qeyd edib ki, Müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcı sayılan Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinə başladığı 15 iyun tarixində müstəqil Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu. Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Dövlət Regional Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Hüseynova, Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dibər İbayeva, Lənkəran Dövlət Universitetinin “Tarix və onun tədrisi metodikası “ kafedrasının dosenti Emin Məlikov, ADPU-nin Cəlilabad rayon filialının baş müəllimi Ələsgər Mirzəzadə, Astara Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Arzu Hüseynova, 15 İyun – Milli Qurtuluş Gününün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolunu bir daha vurğulayıblar. Ümummilli Liderin siyasi kursundan irəli gələn tarixi işlərin gənclərimiz tərəfindən mənimsənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıblar.