Bakı-Qazax sürətli sərnişin qatarının istifadəyə verilməsinin üstünlükləri AÇIQLANDI

Bakı-Qazax sürətli sərnişin qatarının istifadəyə verilməsinin üstünlükləri AÇIQLANDI

Bakı-Qazax-Bakı dəmir yolu marşrutunun bərpası Qazax rayonunun inkişafına müsbət təsir göstərəcək.

Fakt.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, 2019-cü ilə qədər Qazax istiqamətində hərəkət edən qatarlar yataq tipli qatarlar idi:

"Bakı-Qazax və əksinə hərəkət edən qatarlar oturacaq tiplidir və İsveçrənin "Stadler Rail” şirkətinin istehsalıdır. Qatarlar gündə iki dəfə - səhər və axşam hərəkət edəcəklər. Bu istiqamət üzrə hərəkət edən qatarda 240-dan çox yer var. Bununla ADY 10 minə yaxın daha çox sərnişin daşıyacaq”.

O qeyd edib ki, sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərmiş qatarla 8 saat 25 dəqiqəyə çatdırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunur:

"Bakı-Ağstafa marşrutunun Qazaxa qədər uzadılması bu istiqamətdə səfər edən və həmin bölgədə yaşayan insanların nəqliyyat tələbatına cavab verəcək. Bununla Qazax rayonunun əhalisi də daha rahat, təhlükəsiz və sərfəli səyahət imkanı əldə edəcək”.