Bakıda "Başlanğıc nöqtəsi" adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olunub
İyun ayının 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu, həkim, rəssam, pedaqoq, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Qalereyanın üzvü Fərdanə Həsənzadə Ağahüseyn qızının əsərlərindən ibarət 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Başlanğıc nöqtəsi" adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olunub.
Fərdanə xanımın hələ kiçik yaşlarından rəssamlıq sahəsində istedadı üzə çıxsa da o başqa sahəyə tibb sahəsinə yönəlmişdir. Ancaq Fərdanə xanım rəssamlığa olan həvəsi, istəyi, istədadı içində basdıra bilməmişdir.
Və yenidən rəssamlıqla məşğul olmağa başlamış, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri incəsənət fakültəsini bitirmişdir. Yağlı boya, Yağlı Boya , Dekarativ Tətbiqi sənətinin müxtəlif sahələri ilə peşəkarlıqla məşğul olur.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qeyd edib ki:
"Fərdanə xanımın əsərlərində azərbaycançılığın təməl prinsipləri öz əksini tapıb. Əsərlərdə xalqın taleyi, düşüncəsi, əqidə və inamı əks etdirilir. Azərbaycançılıq məfkurəsinin təbliği Fərdanə xanımın yaradıcılığında özünəməxsus yer tutur."
Sərgidə rəssamın müxtəlif texnikalarda 100 əsəri iştirak edirdi.
Sərgidə eyni zamanda fəxri qonaqlar yanaşı rəssamın ailə üzvləri də iştirak edirdi.
Atası filoloq Ələkbərov Ağahüseyn, anası texnoloq Ələkbərova Məsməxanım, həyat yoldaşı mühəndis Fuad Həsənzadə, bacıları həkim Vəfa Seyfullayeva, həkim Jalə Nəsibova, digər yaxınları sənətkarın yaradıcılığını hər zaman zövqlə izlədiklərini və qürur duyduqlarını bildirdilər.
Sərginin fəxri qonaqları Aztv Mədəniyyət kanalının əməkdaşı İntizar İsmayıl, ADRA-nın müəllimi Zinaida Mirzəzadə, ADPU-nun müəllimi Tərlan Eyvazov Fərdanə xanımın əsərlərini 15 İyun - Milli Qurtuluş Gününə böyük töhfə olduğunu bildirdilər və uğurlar arzuladılar.
Fərdanə xanım Beynəlxalq Qalereya tərəfindən ilk fərdi yaradıcılıq sərgisinə görə diplomla təltif olundu.
Sonda xatirə fotoları çəkildi . Tədbir çay süfrəsi ətrafında davam etdi.
Müxbir: Aygün Oqtay
Fotoqraf: Camal