AZAL bir sıra reysi ləğv etdi

AZAL bir sıra reysi ləğv etdi

Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar "Azərbaycan Hava Yolları” aviaşirkətinin 16 iyun 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılan bir sıra reyslər ləğv olunub.

Fakt.info həmin reysləri təqdim edir:

 - Bakı – Dammam – Bakı (J2 8205/8206)
 - Bakı – Bəhreyn – Bakı (J2 505/506)
 - Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
 - Bakı – Lahor – Bakı (J2 145/146)

Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:
- 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı
 - 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı
 
AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəziyyətin inkişafını yaxından izləyir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə vaxtında və operativ şəkildə məlumatlandırılacaqlar.
Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.