Gəncədəki partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlandı

Gəncədəki partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlandı

Gəncədə qaz partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlandı.

TƏBİB-dən verilən məlumata görə, 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) 16.06.2025-ci il  tarixində saat 14:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Üz nahiyəsinin 1-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb.