"Zirə"nin futbolçusu faciəvi şəkildə öldü

"Zirə"nin futbolçusu faciəvi şəkildə öldü

"Zirə"nin U-16 komandasının futbolçusu Fərid Şahverdiyev faciəvi şəkildə dünyasını dəyişib.

Fakt.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fərid Şahverdiyev bu gün çimərlikdə boğularaq dünyasını dəyişib.