Suda boğulan gənc Azərbaycan çempionu imiş
Xəbər verdiyimiz kimi, Ağdaşda 17 yaşlı yeniyetmə su kanalında çimərkən boğulub.
Fakt.info Modern.az-a istinadən məlumatına görə, hadisə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ağcayazı kəndindən keçən hissəsində qeydə alınıb. 2008-ci il təvəllüdlü Süleymanlı Dəniz Nəsib oğlu kanalda çimərkən batıb.
Məlumata görə, yeniyetmə atası ilə birlikdə çimirmiş. Oğlunun batdığını görən ata onu xilas etməyə çalışsa da, bu, mümkün olmayıb.
Faktla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış qrupu cəlb olunub. Hazırda yeniyetmənin tapılması istiqamətində axtarış işləri davam etdirilir.
Qeyd edək ki, Dəniz Süleymanlı idmanın alqaput növü üzrə Azərbaycan çempionu olub.