Ruhani ucalığı - Hacı Allahverdi Ağayevin ömür salnaməsi
İnsan var - doğular, yaşar, dünyasını dəyişər. Amma insan da var - yaşadığı ömrü ilə zamanın ruhuna işıq saçır, öləndə belə yox olmaz. Çünki o, adi bir ömür yaşamayıb- mənalı bir ömür yaşayıb. Hacı Allahverdi Ağayev məhz belə bir insandı: öz varlığını yalnız bu dünyaya deyil, əbədi olana bağlamış bir ruh adamı idi. Bu dünya gözəlliyini və mənasını yaxşı insanların varlığı ilə qoruyub saxlayır. Onların saf niyyətləri, insanlığa xidmət edən əməlləri sayəsində həyat davam edir, ümid işığı sönmür. Bu cür şəxsiyyətlər, sanki Danko kimi, öz qəlblərini məşəl edərək cəmiyyətin yoluna işıq saçırlar. Belə insanlar tarix boyu olmuşdur, bu gün də var və onların varlığı gələcəyə inam bəxş edir.
Azərbaycanın dilbər guşələrindən biri olan Masallı rayonunun Kalinovka kəndində dünyaya göz açan, xalqın hörmət və ehtiramını qazanaraq bu yaxınlarda əbədiyyətə qovuşan kənd məscidinin axundu Hacı Allahverdi Ağayev belə uca mənəviyyat sahibi, nurani simalardan biri idi.
Nurani siması, dərin mənəviyyatı və pak əməlləri ilə yaddaşlara köçmüş, el-oba içində böyük hörmət və izzət sahibi olmuş Hacı Allahverdi Ağayev cənub bölgəsində tanınmış ruhanilərdən biridir.
1961-ci ilin soyuq, lakin ümid dolu qışında Ataş kişinin ailəsində ikinci oğlan uşağı doğulur. Onun adı böyük qardaşı Ağaverdiyə ehtiram əlaməti olaraq Allahverdi qoyulur. Doğulan bu körpə, sanki ailəyə bir nəsib, bir bərəkət kimi gəlmişdi. Qohum-qonşular Arasta anaya gözaydınlığı verir, ailənin sevinci səmalara yüksəlirdi. Bu pak ailədə böyüyən övladlar, ailənin ruhunu, sevgi tellərini daha da bərkidərək, gələcək nəsillərə örnək olacaq bir birlik və sevgi mühiti yaratdılar.
1968-ci ildə Allahverdi Ağayev Kalinovka kənd orta məktəbinin birinci sinfinə qədəm qoyur. Onun savadı və nizam-intizamı müəllimlərinin diqqətindən yayınmır. Əlisa müəllim başda olmaqla bütün müəllimlər onun biliyindən, əxlaqından razı qalırdılar.
Allahverdi kiçik yaşlarından babası molla İsrafilin yanında Qurani-Kərim öyrənməyə başlayır. Dini məclislərdə iştirak edir, müdrik ruhanilərin söhbətlərindən faydalanır. O dövrün ağır ictimai-siyasi şəraitinə baxmayaraq, Allahverdi dini elmlərə olan marağını gizlətmədi, əksinə, daha da dərinləşdirdi. Xüsusilə qonşu kəndin tanınmış ruhanisi Molla Fərmandan ilhamlanaraq dini biliklərini dərindən mənimsəməyə çalışır, öz üzərində ciddi şəkildə işləyirdi, bilik və iman yolunda daim çalışırdı. Onun gecə-gündüz yorulmadan apardığı bu mənəvi zəhmət sonralar bir çox insana yol göstərəcək nuru özündə daşıyacaqdı.
1978-ci ildə orta məktəbi bitirdikdən sonra, 1979–1981-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətini yerinə yetirir. Vətənə döndükdən sonra kənd təsərrüfatında çalışır, sovxozun yanğınsöndürmə briqadasına rəhbərlik edir. 1980-ci illərin sonunda, kənd qəbiristanlığı üçün yer ayrılması məsələsində təşəbbüs göstərir. Həmin dövrdə bu, asan məsələ deyildi. Amma o, kənd ziyalıları Əlisa Qədiyev, Fazil Abiyev və Fəthəli Bədəlovla birgə Bakıya – nazirliyin qəbuluna yollanır və kənd üçün qəbiristanlıq sahəsinin ayrılmasına nail olurlar. O, sadəcə maddi yox, mənəvi xidmətə də can atırdı. Məzarlıq probleminin həll olunması məsələsini Bakıdakı aidiyyəti qurumlara qədər apararaq kəndin mühüm bir ehtiyacını həll etdi.
Əvvəllər kənddə qəbiristanlıq mövcud deyildi; vəfat edənlər qonşu kəndlərdə dəfn olunurdu. Yeni ayrılan sahə hasarlanır, içərisində məscid kimi istifadə edilən, qibləyə uyğun tikilməyən bir bina ucaldılır. Lakin bu Allahverdi Ağayevin mənəvi missiyasının yalnız başlanğıcı idi.
Daha sonra isə onun təşəbbüsü və təşkilatçılığı ilə Kalinovka kəndinin mərkəzində iki minarəli əzəmətli bir məscid inşa olundu. Bu müqəddəs ocağın inşasında o, bütün varlığı ilə iştirak etdi, həm maddi, həm mənəvi cəhətdən fəaliyyətini əsirgəmədi.
Qeyd etdiyimiz kimi kəndin mərkəzində yerləşən keçmiş sovxoz idarəsinin ərazisində – bu dəfə daimi məscid inşası təşəbbüsü ilə çıxış edir. Sovxoz rəhbəri Qurbanəli İbadov bu təşəbbüsə müsbət yanaşır və ərazi ayrılır. İş adamı İsa və DİN əməkdaşı Əmirzadə Əsgərov qardaşlarının dəstəyi ilə tikinti materialları təmin edilir. Kənd sakinləri də könüllü şəkildə bu müqəddəs işə qoşularaq, qısa zamanda əzəmətli, iki minarəli gözəl bir məscidin inşasını başa çatdırırlar. 1996-cı ildə istifadəyə verilən bu məscid bu gün də kəndin ruhani dirəyi, dua və bərəkət məkanı olaraq yaşayır.
Məscidin həyətində dəstəmazxana, geniş mərasim zalı, qadınlar üçün ayrıca mərasim otağı, mətbəx və digər yardımçı binalar tikilir. Məscid mavi yanacaqla təmin edilir. Bu abidəvi kompleksin ərsəyə gəlməsində Hacı Allahverdi Ağayevin əməyi misilsiz və danılmazdır.
Bu yaxınlarda Hacı Allahverdi dünyasını dəyişdi. Bu, yalnız bir insanın yox, bütöv bir mənəviyyat sütununun itkisidir. Amma o, özündən sonra Qurani-Kərimin hikmətlərini öyrətdiyi onlarla, yüzlərlə davamçı qoyub getdi. Onun həyatı Qurana, Allaha, xalqa və mənəvi dəyərlərimizə xidmət nümunəsi idi. O, yalnız ibadət edən deyil, həm də insanlara xidmət edən, könül oxşayan, maarifləndirən və yol göstərən bir ruhani idi.
O, iz qoyub getdi. Onun izi - tikdiyi məscid, təşkil etdiyi qəbiristanlıq, yetişdirdiyi şagirdlər və daşıdığı örnəkdir. Onun həyatı bir insanın ömrü deyildi - bir dəyərin həyat forması idi.
Bu gün Viləş (Kalinovka) kəndinin ürəyində ucalan məscid və kənd qəbiristanlığı onun adına, onun fədakar ömrünə yazılmış canlı salnamədir. Onun adı yaddaşlardan silinməyəcək, dualarla yad ediləcək.
Rəbbimiz buyurur:
"Allah yolunda ölənləri ölü saymayın. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etməzsiniz." (Bəqərə, 154)
Biz də inanırıq ki, Axund Hacı Allahverdi ruhani ömrü ilə, Allah yolunda keçdiyi mənəvi mübarizə ilə Uca Yaradanın dərgahında mükafatlandırılmışdır.
Ruhu şad, məqamı ali olsun
Dərin hörmət və ehtiramla:
İttifaq Rzayev
(Pedoqoq-əmək veteranı)