Qorxu filmləri faydalıymış
Alimlərin apardıqları araşdırmalar göstərir ki, qorxu janrında olan filmlər insanlara depressiya və təşvişi azaltmaqda kömək edir.
Fakt.info xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatlarda psixoloji problemlərdən əziyyət çəkən insanlar iştirak ediblər.
Nəticələr göstərib ki, film nə qədər qorxulu olarsa, iştirakçıların emosional vəziyyəti bir o qədər sabitləşib.
Mütəxəssislər bildirirlər ki, qorxu filmləri orqanizmdə xoşbəxtlik hormonları dopamin və endorfinlə yanaşı, adrenalinin də ifrazını artırır. Bu, insanlara mənfi fikirlərdən uzaqlaşmağa və qorxu hissinə nəzarət etdikləri inamını qazanmağa kömək edir.