Uğur, nüfuz və xeyirxahlıq simvolu – Hikmət Məmmədov 55
Bu gün tanınmış iş adamı, xeyriyyəçi, deputat və Yəhudi Muxtar Vilayətinin fəxri vətəndaşı Hikmət Əlheydər oğlu Məmmədovun 55 yaşı tamam olur.
Hikmət Məmmədov 21 noyabr 1971-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsinin Zeynoba məhəlləsində dünyaya göz açıb. 1978-ci ildə Həsənəküçə orta məktəbində təhsil almağa başlayıb.
1978-ci ildə Həsənəküçə orta məktəbində təhsil almağa başlayan Hikmət Məmmədov 1988-ci ildə C.Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbi bitirib. Gənclik illərində əmək fəaliyyətinə başlayan Hikmət Məmmədov bir müddət Moskvada buldozer maşinisti kimi çalışıb. Hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmək məqsədilə Moskvaya qayıdaraq 1992-ci ildə Moskva Dövlət Akademiyasına daxil olub və ət-süd məhsullarının texnologiyası sahəsində ixtisaslaşıb.
Tələbəlik illərindən sahibkarlığa maraq göstərən Hikmət Məmmədov qrup yoldaşları ilə birlikdə Rusiyanın Uzaq Şərq bölgəsində topdansatış ticarət fəaliyyətinə başlayıb. Sonradan qardaşları ilə birgə Xabarovsk şəhərində pərakəndə satış şəbəkəsi quraraq biznes fəaliyyətini genişləndirib. Onun sahibkarlıq yolunda mühüm mərhələlərdən biri 12 dekabr 2003-cü ildə “Brider” kolbasa zavodunun fəaliyyətə başlaması olub.
Zamanla Yəhudi Muxtar Vilayətində təxminən 50 mağazanı əhatə edən pərakəndə satış şəbəkəsi və kolbasa məhsullarının istehsalı-satışı sistemi formalaşdıran Hikmət Məmmədov regionun tanınmış iş adamlarından birinə çevrilib. Sahibkarlıq fəaliyyəti ilə yanaşı, o, sosial məsuliyyət və xeyriyyəçilik istiqamətində də ardıcıl fəaliyyət göstərib.
Hikmət Məmmədovun xeyriyyəçilik fəaliyyəti qocalar evlərinə, uşaq evlərinə, məktəblərə, uşaq bağçalarına, aztəminatlı ailələrə və müxtəlif sosial fondlara dəstəyi əhatə edir. Onun təşəbbüsü və dəstəyi ilə doğma Ərkivan qəsəbəsində də bir sıra mühüm işlər həyata keçirilib. Məktəb binalarının təmirinə, tədris şəraitinin yaxşılaşdırılmasına, sanitar qovşağın inşasına, Zeynoba məhəlləsində məscidin təmirinə, mərasim evinin tikintisinə, yolların abadlaşdırılmasına, qazlaşdırma və küçə işıqlandırılması işlərinə verdiyi dəstək doğma yurda bağlılığının göstəricisidir. Həmçinin yüzlərlə ehtiyaclı və kimsəsiz insanın maddi və sosial problemlərinin həllinə yardım göstərib.
Hikmət Məmmədovun ictimai-siyasi fəaliyyəti də diqqətəlayiqdir. 2011–2015-ci illərdə Yəhudi Muxtar Vilayətinin qanunvericilik orqanına üç dəfə ardıcıl seçilərək deputat mandatı qazanıb. Ümumilikdə, 15 il həmin vilayətin qanunvericilik orqanında deputat kimi fəaliyyət göstərib. 2024-cü ildə Yəhudi Muxtar Vilayətinin ən yüksək fəxri təltiflərindən biri olan “Fəxri vətəndaş” adına layiq görülüb. Bu fəxri ad vilayət qubernatoru Rostislav Qoldşteynin təqdimatı ilə qanunvericilik orqanının payız sessiyasında təsdiqlənib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamı ilə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Hikmət Məmmədov həm sahibkarlıq fəaliyyəti, həm də ictimai xidmətləri ilə təmsil olunduğu regionda nüfuz qazanıb.
Ailəli olan Hikmət Məmmədov iki oğul və bir qız övladının atasıdır. Övladlarının təhsilinə və gələcəyinə xüsusi önəm verən ailədə böyük oğul Vladivostok İqtisadi Təhlükəsizlik İnstitutunu bitirib, kiçik oğul ət məhsullarının istehsalı texnologiyası üzrə ixtisaslaşıb, qız övladı isə təhsilini davam etdirir.
Hikmət Məmmədovun 55 illik ömür yolu əmək, təşəbbüskarlıq, sahibkarlıq, ictimai fəaliyyət və xeyriyyəçilik ənənələrinin bir araya gəldiyi həyat yoludur. Ərkivandan başlayan bu yolun müxtəlif coğrafiyalarda qazandığı uğurlarla yanaşı, doğma yurda göstərilən diqqət və qayğı ilə də yadda qalması onun bioqrafiyasının səciyyəvi cəhətlərindəndir.
Yubiley münasibətilə Hikmət Əlheydər oğlu Məmmədovu təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, işlərində yeni uğurlar və xeyirxah əməllərinin davamlı olmasını arzulayırıq!