Əməkdar məşqçi Qardaşxan Əmənov vəfat etdi
Ərkivan güləş məktəbinin tanınmış nümayəndəsi, Əməkdar məşqçi Qardaşxan Adəm oğlu Əmənov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qardaşxan Əmənov 24 fevral 1959-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsinin Həsənəküçə məhəlləsində anadan olub.
O, 1966-cı ildə Həsənəküçə kənd 8 illik məktəbində birinci sinfə gedib, 1976-cı ildə isə Ərkivan qəsəbəsində yerləşən “Ağ məktəb”i bitirib.
Uşaq yaşlarından idmana böyük maraq göstərən Qardaşxan Əmənov cənub bölgəsinin tanınmış pəhləvanı, SSRİ idman ustası, Əməkdar məşqçi, respublika dərəcəli hakim və Masallı yunan-Roma güləşi məktəbinin yaradıcısı Nadir Ağayevin rəhbərliyi ilə evində təşkil olunan məşqlərə qatılıb. Beləliklə, onun güləşə olan sevgisi gələcək peşəkar fəaliyyətinin əsasını qoyub.
Orta məktəbi başa vurduqdan sonra idmana olan sevgisi onu Azərbaycan Bədən Tərbiyəsi İnstitutuna aparıb. 1980-ci ildə institutu bitirərək təyinatla Masallı rayonunun Kolatan kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Bir il sonra 173 nömrəli Texniki Peşə Məktəbində işləməyə başlayıb. Bu dövrdə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən peşə məktəbində fəaliyyətini davam etdirib.
Pəhləvanlar diyarı kimi tanınan Ərkivanda uşaqların idmana, xüsusilə güləşə olan marağını nəzərə alan Qardaşxan Əmənov 1990-cı illərdə müəllimi və ustadı Nadir Ağayevin yolunu davam etdirərək ilk məşqləri öz evində təşkil edib.
1994-cü ildən Masallı Rayon İdman və Gənclər İdarəsində yunan-Roma güləşi üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərib. Uzun illər ərzində yetişdirdiyi idmançılar arasında Avropa və dünya çempionatlarının iştirakçıları, eləcə də qalibləri olub.
Ənənəvi olaraq keçirilən Nadir Ağayev turnirlərində Qardaşxan müəllimin yetirmələri dəfələrlə yüksək nəticələr əldə edərək Ərkivan güləş məktəbinin adını layiqincə təmsil ediblər.
Qardaşxan Əmənov yunan-Roma güləşinin inkişafına verdiyi töhfələrə görə 2017-ci ildə “Əməkdar məşqçi” fəxri adına layiq görülüb.
O, 2022-ci ildə ustadı Nadir Ağayevin həyat və fəaliyyətindən bəhs edən “Pəhləvanın salnaməsi” sənədli filmində öz ustadının obrazını canlandırıb.
2023-cü ilin sentyabr ayından səhhəti ilə əlaqədar pensiyaya çıxan Qardaşxan Əmənov ömrünün sonunadək güləşə və yetirmələrinə bağlı qalıb.
Onun yolunu hazırda oğlu, məşqçi-müəllim Şirvan Əmənov davam etdirir.
Ərkivanın idman ictimaiyyəti və güləş ailəsi daha bir dəyərli insanını, ömrünü Azərbaycan idmanına və gənc nəslin yetişməsinə həsr etmiş Əməkdar məşqçi Qardaşxan Əmənovu itirib.
Allah rəhmət eləsin! Doğmalarına, ailə üzvlərinə, yetirmələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.