Masallıda “Söz itər yazı qalar” mövzusunda tədbir keçirilib
İyulun 21-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Söz itər yazı qalar” mövzusunda tədbir keçirilib.
Fakt.info xəbər verir ki, Masallı Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbirdə “Yeni Həyat” qəzetinin əməkdaşları, media nümayəndələri, ziyalılar iştirak edib.
İlk öncə 150 illik tarixi olan milli mətbuatımızda əməyi olub, dünyasını dəyişən media nümayəndələrinin və vətənin azadlığı, suverenliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra muzeyin direktoru Əntiqə Tağıyeva Azərbaycanda Milli Mətbuatın yaranması və inkişafı haqqında geniş məlumat verərək bütün media işçilərini peşə bayramları münasibətilə təbrik edib.
Daha sonra çıxış edən “Yeni Həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, baş ədəbi işçi Akif Ağayev, Südabə Məmmədova, Fakt.info Xəbər Portalının təsisçisi Cəfər Cəfərov və kitabxananın direktoru Zamin Məmmədov milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasından danışıblar.
Yekunda tədbirə iştirak edən KİV nümayəndələrinə təşkilatçılar tərəfindən “Fəxri Fərman”, hədiyyələr təqdim olunub və iştirsakçılar qəzet materiallarından ibarət sərgiyə baxış keçiriblər.