Natenyahu Makronun Fələstinlə bağlı qərarını pisləyib
İsrail Emmanuel Makronun Fransanın Fələstin dövlətini tanıması ilə bağlı qərarını qətiyyətlə pisləyir.
Fakt.info Apa-ya istinadən xəbər verir ki, bununla bağlı İsrailin baş naziri Benyamin Netanyahu öz "X” hesabında bildirib.
"Biz prezident Makronun 7 oktyabr 2023-cü il qırğınının fonunda Təl-Əvivin yanında Fələstin dövlətini tanımaq qərarını qətiyyətlə pisləyirik. Belə bir addım terroru mükafatlandırır və Qəzzada baş verdiyi kimi, daha bir İran peykinin yaranmasına gətirib çıxaracaq.", - o, yazıb.