UNICEF rəsmisi: Qəzzada 18 mindən çox uşaq həlak olub
"Müharibə başlayandan bu yana Qəzzada 18 mindən çox uşaq həlak olub və bu gündə orta hesabla 28 uşaq deməkdir”.
Fakt.info Report-a istinadən xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktorunun müavini Ted Çayban bildirib.
İsrail, Qəzza və İordan çayının Qərb sahilinə səfər etdiyini deyən UNICEF rəsmisi vurğulayıb ki, Qəzzada kütləvi aclıq təhlükəsi var:
"Qəzzada uşaqların vəziyyəti kritik həddə çatıb, uşaqlar acdır, qorxur və ağır travma yaşayırlar. Belə ki, 320 mindən çox uşaq kəskin qidalanma çatışmazlığı riski altındadır”.