Məşqçinin üzünə tüpürən Suaresə ağır cəza verildi

Məşqçinin üzünə tüpürən Suaresə ağır cəza verildi

""İnter Mayami”nin hücumçusu Luis Suaresə ağır cəza verilib.
Fakt.info xəbər verir ki, Liqalar Kubokunun finalından sonra "Sietl Sonders”in məşqçilər heyətindən birinə tüpürdüyünə görə turnirin Təşkilat Komitəsi uruqvaylı forvardı 6 oyunluq diskvalifikasiya edib. Bundan əlavə, MLS intizam orqanı futbolçuya əlavə 3 oyunluq cəza verib.
Beləliklə, Suares ümumilikdə 9 matçda komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, insident bazar günü keçirilən final qarşılaşmasının ardından baş verib.