Bu gün Azərbaycanla Ukrayna qarşılaşacaq

Bu gün Azərbaycanla Ukrayna qarşılaşacaq

Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin ikinci turu çərçivəsində doğma meydanda Ukrayna seçməsi ilə üz-üzə gələcək.

Fakt.info xəbər verir ki, görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, milli komandamız ilk oyunda səfərdə İslandiya seçməsinə 0:5 hesabı ilə məğlub olmuşdu.

9 sentyabr

DÇ-2026 seçmə mərhələsi

II tur

Saat 20:00, Azərbaycan - Ukrayna.