İzmirdə Uluslararası Menemen Çömlek Festivalı – Azərbaycanı o təmsil etdi

İzmirdə Uluslararası Menemen Çömlek Festivalı – Azərbaycanı o təmsil etdi

5–7 sentyabr 2025-ci il tarixlərində İzmirdə ənənəvi Uluslararası Menemen Çömlek Festivalı keçirilib. Menemen Şəhər Parkında təşkil olunan tədbirə dünyanın 41 ölkəsindən sənətkarlar qatılıb. Festival çərçivəsində sərgilər, ustad dərsləri, çömlek yarışları və akademik panellər təşkil olunub.

Fakt.info xəbər verir ki, Azərbaycanı festivalda tanınmış dulusçu Cəsarət Nuriyev təmsil edib. O, milli dulusçuluq ənənələrimizi təqdim edərək, ziyarətçilərin marağına səbəb olub. Nuriyevin canlı iş prosesləri və təqdim etdiyi nümunələr festivalın ən rəngarəng anlarından biri kimi qiymətləndirilib.

Festival Menemen bölgəsinin 8 min illik çömlekçilik irsini qorumaqla yanaşı, müxtəlif ölkələrdən gələn sənətkarların təcrübə mübadiləsinə də şərait yaradıb. Tədbir həm sənət, həm də mədəni turizmin inkişafına mühüm töhfə kimi dəyərləndirilir.