Beynəlxalq Qalereyada xalçaçı rəssamın tələbələri ilə qrup sərgisi təşkil olundu
Sentyabrın 12-də Beynəlxalq Qalereyada Gold School, Mir Talantov, Premium Tədris Mərkəzlərinin və Sabah kurslarının müəllimi, xalçaçı rəssam Gülşən Mirzəyevanın tələbələri ilə qrup sərgisi təşkil olundu. Qeyd edək ki, sərginin layihə rəhbəri Aygün Əzizovadır.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərgi iştirakçılarını salamlayıb, Gülşən xanımın işlədiyi 4 tədris mərkəzinin tələbələri ilə qrup sərgisinin kreativ olduğunu bildirdi. Sərgidə fəxri qonaq olaraq iştirak edənlərin hər biri - ADRA-nın müəllimi Zinaida Mirzəzadə, rəssam - müəllim Səadət Nərmin Hacıyeva, Mir Talantov Təhsil Mərkəzinin rəhbəri Elvira Şabanova, Sabah kurslarının rəhbəri Jalə Məmmədova, Gold School Tədris Mərkəzinin rəhbəri Jalə Abdullayeva, Premium Tədris Mərkəzinin rəhbəri Gülnar Səmədova, Fizika müəllimi Mailə Yusubova sərgidə iştirak edən tələbələrin hər birinə uğurlar arzuladılar.
Bu cür sərgilər gənc istedadların tanınmasına, sənətə olan marağın artırılmasına və tədris mərkəzlərinin əməkdaşlığının güclənməsinə böyük töhfə verdiyini qeyd etdilər.
Gülşən xanımın xalça sənətini gənc nəsilə ötürməsi isə milli irsimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonda diplomlar təqdim olundu, xatirə fotoları çəkildi.

Müxbir : Aygün Oqtay
Fotoqraf: Camal
Operator : Ayaz