Salyanda kanaldan 19 yaşlı gəncin meyiti tapıldı

Salyanda kanaldan 19 yaşlı gəncin meyiti tapıldı

Salyanda suvarma kanalında kişi meyiti aşkar edilib.
Fakt.info xəbər verir ki, rayonun Yenikənd kəndində suvarma kanalında kişi meyiti aşkarlanıb.
Cəsədin Salyan sakini, 2006-cı il təvəllüdlü Babaşzadə Ramil Əhməd oğluna məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.